Alimlər qonşu ulduz sistemində "Super Yer" kəşf ediblər

Alimlər qonşu ulduz sistemində "Super Yer" kəşf ediblər

14:47
Bəyəndim (1) Bəyənmədim (0)


Pensilvaniya Universitetinin astronomları nisbətən yaxın ulduz sistemində "Super Yer" kəşf ediblər.
Oxuməni.az-ın məlumatına görə, bu barədə “The Astronomical Journal” məlumat verib.
Kəşfə görə, planet Yerdən 20 işıq ili məsafədə yerləşir ki, bu da kosmik standartlara görə nisbətən qısa məsafədir. Tədqiqatçılar planetin Yerə çox bənzədiyini və ulduzdan maye suyun mövcud olması üçün kifayət qədər məsafədə yerləşdiyini bildiriblər. Lakin planet Yerdən daha böyükdür.
"Biz daim gələcəyə baxırıq - həm yeni nəsil tədqiqatçıların təlimində, həm də potensial yaşayış üçün yararlı planetlərin axtarışı üçün texnologiyaların inkişaf etdirilməsində", - Pensilvaniya Universitetinin professoru Erik Ford kəşflə bağlı şərh verərkən bildirib.
Qeyd olunur ki, kəşf alimlərin ulduzu 20 il müşahidə etməsindən sonra edilib. Lakin planetin daha ətraflı tədqiqi hazırda mümkün deyil - daha güclü teleskoplara ehtiyac var.
Almaz Həsənli