Ermənistan yük maşınlarının Türkiyədən Azərbaycana hərəkət etməsinə icazə verməyə hazırdır
Ermənistan Türkiyədən Azərbaycana yük maşınlarının hərəkəti üçün öz ərazisindən keçən yol təmin etməyə hazırdır.
Oxumənı.az-ın “Interfax.ru”-ya istinadən verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan bunu Ermənistan parlamentində açıqlayıb.
"Bundan sonra yük maşınlarının Türkiyədən Azərbaycana və əksinə Ermənistan ərazisindən keçməsinə icazə verməyə hazırıq. Bu, Marqara-Yeğeqnadzor-Sisian-Gorus marşrutu ilə edilə bilər", - deyə o bildirib.
Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycan hakimiyyətinin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına cavabıdır.
Ötən həftə Azərbaycan Rusiyadan Ermənistana kənd təsərrüfatı məhsullarının ixracı üçün dəmir yolu şəbəkəsindən istifadə etmək imkanını təsdiqləyib, bu marşrut hazırda inkişaf etdirilir. Bu barədə Rusiya Federasiyasının Baş nazirin müavini Aleksey Overçuk əvvəllər məlumat vermişdi.
Almaz Həsənli


















































































