"Soyuz" hərbi zavodunun dizayneri Mkrtiç Okroyan Moskvada fırıldaqçılıq ittihamı ilə qiyabi həbs edilib
"Soyuz" hərbi zavodunun baş dizayneri Mkrtiç Okroyan Moskvada fırıldaqçılıq ittihamı ilə qiyabi həbs edilib.
İş adamına qarşı xüsusilə irimiqyaslı fırıldaqçılıq (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) və çirkli pulların yuyulması (Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 3-cü hissəsinin "a" və "b" bəndləri) maddələri ilə cinayət işi açılıb.
"Kommersant" qəzetinin məlumatına görə, Okroyan beş təyyarənin sıradan çıxmasına səbəb olan İl-76MD-90A hərbi nəqliyyat təyyarəsinin şassisi üçün keyfiyyətsiz yastıqların təchizatı ilə bağlı cinayət işində təqsirləndirilən şəxsdir. Zərər 229 milyon rubl qiymətləndirilib.
Bundan əlavə, nəşrin FSB-yə istinadən verdiyi məlumata görə, Okroyanın demək olar ki, bütün biznesi Rusiyada cəmləşsə də, o, vaxtının çox hissəsini Böyük Britaniyada yaşayıb və "ailəsi 2020-ci ildə Surreydə lüks daşınmaz əmlak əldə edib".
2023-cü ildə Korrupsiyaya Qarşı Mübarizə Fondu Okroyanın Böyük Britaniyada iki malikanəyə, İspaniyada bir villaya və lüks avtomobil parkına sahib olduğunu aşkar edib. FBK tərəfindən əldə edilən sənədlərdə Okroyanın və həyat yoldaşının Böyük Britaniya sakinləri olduğu göstərilib.
2023-cü ilin aprelində "Soyuz" şirkəti Aleksey Navalnının əməkdaşlarına qarşı istintaqda olan məlumatların təkzib edilməsini tələb edərək iddia qaldırıb. 2024-cü ilin fevralında Moskva Arbitraj Məhkəməsi iddianı təmin edib.
2023-cü ilin sentyabrında ABŞ, Avropa Birliyi və Böyük Britaniya kimi, Okroyanı və ailəsini sanksiya siyahısına salıb. Dövlətə məxsus TASS xəbər agentliyi daha sonra onu "Soyuz" raket sisteminin baş dizayneri təyin edib.
Okroyanın sahibi və baş dizayneri olduğu Soyuz zavodu X-22 qanadlı raketi və digər raketlər üçün mühərriklər istehsal edir.
Əziz MUSTAFA


















































































