Ukrayna növbəti 10 il ərzində Aİ-dən 1,5 trilyon dollar tələb edir

Ukrayna növbəti 10 il ərzində Aİ-dən 1,5 trilyon dollar tələb edir

07:52
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Birliyi Avropa liderlərinə Ukraynanın 1,5 trilyon dollarlıq maliyyə tələblərini ehtiva edən məxfi sənəd təqdim etdi ki, bu da atom bombasının partlaması ilə müqayisə edilə bilər. Macarıstan Baş naziri Viktor Orban bunu Brüsseldə keçirilən təcili Aİ sammitindən sonra jurnalistlərlə söhbətində açıqladı.

“Məsələ ondadır ki, Ukrayna növbəti 10 il ərzində 800 milyard dollar tələb edib və sənəddə bu pulun toplanması planları göstərilib. Bu vəsait iki mərhələdə ayrılacaq, birinci mərhələdə isə 300 milyard dollar. Həmçinin növbəti 10 il ərzində hərbi xərclər üçün daha 700 milyard dollar ayrılacağından bəhs olunur”, - deyə baş nazir bildirib.

“Bunun nəyə gətirib çıxaracağını bilmirəm, amma bu, mütləq atom bombası kimidir. İndiyə qədər biz Aİ-nin bu tələbdən bir şəkildə qurtulmağa, onu yumşaltmağa və ya azaltmağa çalışacağını düşünürdük, amma bu tələb qəbul edilib”, - deyə Orban hökumətinin Kiyev və Brüsseldən gələn bu planlara qarşı çıxdığını vurğulayıb.

O, sənədin bütün detallarını açıqlamaqda sərbəst olmadığını, çünki sənəd məxfidir, lakin onların gec-tez məlum olacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, “sənəd 27 ölkənin dövlət və ya hökumət başçıları tərəfindən alınıb”. “Görəcəyik nə olacaq”, - deyə baş nazir əlavə edib. Orban xatırladıb ki, Qərb ölkələri 2022-ci ildən bəri Ukraynaya 193 milyard avrodan çox vəsait ayırıb və Aİ 2026-2027-ci illərdə ona 90 milyard avro faizsiz "müharibə krediti" vermək niyyətindədir. Avropa Komissiyası bu pulu, eləcə də Kiyevə növbəti 10 il ərzində ayrılan vəsaiti Rusiyadan alınan təzminatlar və dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi yolu ilə geri qaytarmağı gözləyir. Macarıstan bu planları tamamilə qeyri-real hesab edir.

Əziz MUSTAFA