Məhkumluğu olan əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi qadağan edilə bilər
Hökumətin qanunvericilik fəaliyyəti üzrə komissiyası məhkumluğu olan əcnəbilərə Rusiya Federasiyası vətəndaşlığının verilməsinin qadağan edilməsi təşəbbüsünü təsdiqləyib. Oxuməni.az xəbər verir ki, bu barədə TASS komissiyanın iclasının materiallarına istinadən yazır.
Məhkumluğu olan əcnəbilərə həmçinin müvəqqəti yaşayış icazəsi (VNJ) verilməyəcək.
Hökumət komissiyası həmçinin yaşayış icazəsi, müvəqqəti yaşayış icazəsi (RVP) və ya Rusiya vətəndaşlığı üçün müraciət etməzdən üç aydan gec olmayaraq məhkumluq haqqında arayış təqdim etmək tələbini təsdiqləyib.
Almaz Həsənli
Digər xəbərlər


















































































