Çin şahinlər və göyərçinlər üzərində döyüş dronlarını sınaqdan keçirir
Çin ordusu süni intellekt, robotlar və pilotsuz uçuş aparatlarını fəal şəkildə tətbiq edir. The Wall Street Journal qəzetinin məlumatına görə, alimlər və mühəndislər robotlarını və PUA-larını ən təsirli hücum və müdafiə taktikalarında öyrətmək üçün heyvan davranışlarını da təqlid edirlər.
Nəşrin məlumatına görə, 2024-cü ildə yerli mühəndislər Müdafiə Nazirliyindən döyüş dronları dəstələri yaratmaq üçün patent alıblar. Alimlər əlaqələndirilmiş hücumlar zamanı PUA davranışı üçün model olaraq şahinləri seçiblər. Şahinlərin ov seçməsini müşahidə edərək, dronlara ən həssas düşmən təyyarələrini müəyyən etməyi və məhv etməyi öyrədiblər. Dronlar həmçinin göyərçinlərdən qorunmağı öyrəniblər. Nəticədə, beş-beş sınaq zamanı hücum dronları bütün müdafiəçiləri 5,3 saniyədə məhv ediblər.
The Wall Street Journal qəzetinin qeyd etdiyi kimi, Çin Xalq Azadlıq Ordusu dron dəstələri, robot itlər və digər muxtar sistemləri yerləşdirmək üçün süni intellektdən istifadəyə əhəmiyyətli dərəcədə diqqət yetirir. Ölkənin hərbi rəhbərliyinin fikrincə, robotlar və dronlar döyüş meydanında insanları əvəz etmək üçün nəzərdə tutulub və onların süni intellektlə idarə olunan koordinasiyası döyüş missiyalarında bir-birini dəstəkləyə bilən bütöv muxtar robot və PUA bölmələrinin yaradılmasına imkan verəcək.
Əziz MUSTAFA


















































































