İtaliyada SOCAR brendli 25 yeni yanacaqdoldurma məntəqəsi açılacaq

İtaliyada SOCAR brendli 25 yeni yanacaqdoldurma məntəqəsi açılacaq

Bəyəndim (2) Bəyənmədim (0)

2026-cı ildə İtaliyada SOCAR brendli 25 yeni yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.

SOCAR qeyd edib ki, hazırda Azərbaycandan kənarda 564 SOCAR brendli yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Xatırladaq ki, SOCAR Türkiyədə SOCAR brendi altında 14, Rumıniyada 74, Ukraynada 59 (o cümlədən 2 elektrik doldurma stansiyası), Gürcüstanda 107 (o cümlədən 11 özünəxidmət və 14 elektrik doldurma stansiyası) və İsveçrədə 200 (o cümlədən 8 elektrik doldurma stansiyası) yanacaqdoldurma məntəqəsi idarə edir. Bundan əlavə, SOCAR Energy Holdings (SOCAR-ın İsveçrədəki törəmə şirkəti) yanacaqdoldurma məntəqəsi operatoru A1-i (cəmi 81 yanacaqdoldurma məntəqəsi), eləcə də sürtkü yağları ticarəti şirkəti Pronto Oil-ı satın aldıqdan sonra Avstriyanın pərakəndə yanacaq bazarına daxil olub.

Almaz Həsənli