BƏƏ-də kütləvi davaya görə səkkiz Özbəkistan vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib

BƏƏ-də kütləvi davaya görə səkkiz Özbəkistan vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib

11:09
Bəyəndim (2) Bəyənmədim (0)

UzNews xəbər verir ki, Əmirliklərdən birində bıçaqlanma ilə nəticələnən kütləvi davada iştirak edən səkkiz Özbəkistan vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib.

Hadisə 2025-ci ilin aprel ayında Dubayda baş verib. Bəzi məlumatlara görə, davada iki nəfər ölüb. Əvvəllər 15 Özbəkistan vətəndaşının bıçaqlanma şübhəsi ilə saxlanıldığı bildirilirdi.

Məhkəmədən sonra münaqişə iştirakçılarına maksimum cəza verilib. Digər bir Özbəkistan vətəndaşı 25 il həbs cəzası alıb.

Özbəkistan hüquq-mühafizə orqanları öz vətəndaşlarının cəzalarını vətəndə keçmələri üçün qarşı tərəflə danıçıqlar aparır.

Əziz MUSTAFA