Azərbaycan və İsrail XİN başcıları arasında geniştərkibli görüş keçirilib

Azərbaycan və İsrail XİN başcıları arasında geniştərkibli görüş keçirilib

20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin xarici işlər naziri Gideon Saar arasında geniştərkibli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Görüşdə əməkdaşlığın yeni imkanlarının araşdırılmasına qarşı qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə də toxunublar.

Onlar öz regionlarında və daha geniş miqyasda sülhün, inkişafın və rifahın təmin edilməsinə töhfə verməyin vacibliyini qeyd ediblər.

Hər iki nazir Azərbaycan–İsrail tərəfdaşlığını daha da dərinləşdirmək əzmini ifadə ediblər.

Oxuməni.az