Qızılın qiyməti ilk dəfə troy unsiyası üçün 4950 dollardan yuxarı qalxdı

Qızılın qiyməti ilk dəfə troy unsiyası üçün 4950 dollardan yuxarı qalxdı

Bəyəndim (2) Bəyənmədim (0)


Comex birjasında 2026-cı il fevral ayına tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 4950 dollar həddini aşaraq tarixi maksimumunu yeniləyib. Oxuməni.az-ın məlumatına görə, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 03:01-də aparılan ticarətə əsasən, qızılın qiyməti troy unsiyası üçün 4950,01 dollar təşkil edib (+0,75%). Bakı vaxtı ilə saat 03:26-da isə qiymətli metalın dəyəri artım tempini yavaşladaraq 4948,1 dollara (+0,71%) enib.
Qızılın qiyməti 2025-ci il dekabr ayından etibarən rekordları yeniləməkdə davam edir. “Bloomberg” agentliyi xəbər verib ki, qiymətli metalların bahalaşması geosiyasi gərginliyin artması ilə əlaqədardır.
Almaz Həsənli