Dəməşq Qolan təpələrindən əl çəkir?

Dəməşq Qolan təpələrindən əl çəkir?

15:49
Bəyəndim (2) Bəyənmədim (0)


Əgər Təl-Əviv Əhməd əl-Şaraanın rəhbərlik etdiyi yeni hökumətini tanıyarsa, Suriya Qolan təpələrinə olan iddialarından imtina edə bilər.
Əgər Dəməşq Əhməd əl-Şaraanı rəsmi olaraq yeni Suriya administrasiyasının rəhbəri kimi tanıyarsa, artıq 1967-ci ildə ələ keçirilmiş Qolan təpələrinin İsraildən geri qaytarılmasını tələb etmək niyyətində deyil. Bu barədə “Times of Israel” qəzeti Livan mediasına istinadən məlumat yayıb.
Bundan əlavə, mediada Suriyanın bu ilin yanvar ayından bəri ölkənin cənubunda yerləşən İsrail qoşunlarının geri çəkilməsi tələbi də yer alır. Dəməşq həmçinin İordaniya-Suriya-İsrail sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsində israr edir.
"Hazırkı sülh danışıqlarında Suriya İsraildən 1967-ci ildə ələ keçirdiyi Qolan təpələrinin hissələrini geri qaytarmağı tələb etmir. Suriya ölkənin cənubunda və İordaniya, Suriya və İsrail arasındakı sərhəd üçbucağında aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik tədbirlərinin görülməsini, eləcə də ABŞ-ın Suriyaya dəstəyini tələb edir", - “Times of Israel” bildirir.
Daha əvvəl bildirilmişdi ki, Dəməşq və Təl-Əviv arasında 1974-cü il müqaviləsinin şərtlərinə qayıtmaq məqsədi ilə dolayı danışıqlar aparılır. Suriya-İsrail münasibətləri 1967-ci ildən bəri Qolan təpələrinin mübahisəli statusu səbəbindən olduqca gərgin olaraq qalıb.
Almaz Həsənli