Almaniya hərbi texnikanın alınmasına 377 milyard avro xərcləyəcək
Politico bir sənədə istinadən xəbər verir ki, Almaniya 2026-cı ildə quru, hava, dəniz, kosmik və kibertəhlükəsizlik qüvvələri üçün avadanlıqların alınmasına 377 milyard avro xərcləməyi planlaşdırır.
Sənədə görə, Almaniya yeni silah və hərbi texnikanın hazırlanması üçün təxminən 320 layihəyə başlayacaq və onlardan 178-i üçün podratçılar təyin edilib. Siyahıdakı təxminən 160 şirkət Almaniya şirkətidir.
2035-ci ilə qədər Almaniya ordusu 687 ədəd Puma piyada döyüş maşını, 561 ədəd Skyranger 35 hava hücumundan müdafiə sistemi, "milyonlarla" qumbara və tüfəng, 14 ədəd IRIS-T SLM hava hücumundan müdafiə raket sistemi və onlar üçün 396 raket, eləcə də 300 ədəd IRIS-T LFK qısa mənzilli raket almağı planlaşdırır. Onların ümumi dəyəri təxminən 4,2 milyard avrodur.
Ayrı bir xərc maddəsinə 12 LUNA NG dronu, IAI Heron kəşfiyyat PUA-ları üçün sursat və dörd uMAWS dəniz dronu daxildir. Xarici satınalmalar siyahısına təxminən 1,15 milyard avro dəyərində 400 Amerika Tomahawk Block Vb raketi və 220 milyon avro dəyərində üç Typhon buraxılış qurğusu daxildir.
Əziz Mustafa


















































































