“Lukoyl” ABŞ sanksiyaları səbəbindən xarici aktivlərini satır

“Lukoyl” ABŞ sanksiyaları səbəbindən xarici aktivlərini satır

Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”, şirkətə və onun törəmə şirkətlərinə qarşı "müəyyən ölkələrin məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi səbəbindən" beynəlxalq aktivlərini satmaq niyyətində olduğunu açıqladı. Oxuməni.az “DW” yə istinadla xəbər verir ki, bazar ertəsi günü “Lukoyl”-un ingilisdilli saytında dərc edilmiş mətbuat açıqlamasında "potensial alıcıların təkliflərinin nəzərdən keçirilməsinə başlanılıb" deyilir.
Orada bildirilir ki, aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) lisenziyasına uyğun olaraq həyata keçirilir və bu lisenziya “Rosneft” və “Lukoyl” ilə bağlı əməliyyatların dayandırılmasını tənzimləyir.
22 oktyabrda ABŞ Maliyyə Nazirliyi Moskvanın Ukraynada başlatdığı müharibəyə son qoymaq üçün "Rusiyanın sülh prosesinə ciddi maraq göstərməməsi" səbəbindən əlavə sanksiyalar elan etdi.
Sənədə görə, sanksiyalar Rusiyada yerləşən “Lukoyl” və “Rosneft” törəmə şirkətlərinə də şamil edilir. Ümumilikdə, ABŞ Maliyyə Nazirliyinin siyahısında 34 törəmə şirkət var: onlardan 28-i “Rosneftə”, altısı isə “Lukoyl”-a məxsusdur.
Almaz Həsənli