Netanyahu Qəzza zolağına dərhal güclü zərbələr endirməyi əmr etdi
İsrail Baş naziri Binyamin Netanyahu Qəzzaya zərbələr endirməyi əmr etdi. Baş nazirin ofisi bunu açıqladı.
Bəyanatda deyilir: "Təhlükəsizlik məsləhətləşmələrinin başa çatmasından sonra Baş nazir hərbi rəhbərliyə dərhal Qəzza zolağına güclü zərbələr endirməyi tapşırdı".
Bundan əvvəl Netanyahunun ofisi Fələstin HƏMAS hərəkatını girovların qalıqlarının qaytarılmasını saxtalaşdırmaqda günahlandırmışdı. Ofis əlavə edib ki, Netanyahu İsrail Müdafiə Nazirliyinin rəhbərliyi ilə Fələstin hərəkatının pozuntusuna görə cavab tədbirlərini müzakirə edəcək.
Qəzza zolağında atəşkəs 9 oktyabrda qüvvəyə minib. Trampın vasitəçiliyi ilə əldə edilən razılaşmaların birinci mərhələsi hər iki tərəfdən bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış xətlərə geri çəkilməsini nəzərdə tutur.
İsrail əvvəllər Qəzzanın altında xeyli sayda HƏMAS tunelinin qaldığını açıqlamışdı.
Əziz Mustafa


















































































