Alim Nəbiyev Batumidə növbəti qələbəsini qazanıb

Alim Nəbiyev Batumidə növbəti qələbəsini qazanıb

16:04
Bəyəndim (1) Bəyənmədim (0)


Batumi şəhərində keçirilən "Grand Bellagio & GFC" beynəlxalq MMA turnirində Əslən Gürcüstandan olan Alim Nəbiyev uğurlu çıxış edib.
Oxuməni.az “24News.ge”yə istinadla xəbər verir ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev turnirdə növbəti qələbəsini əldə edib.
O, Türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nokaut edərək MMA karyerasında ikinci qələbəsini qazanıb. A.Nəbiyev növbəti döyüşünü ilin sonuna planlaşdırır və UFC-də çıxış etməyi hədəfləyir.
Batumidə artıq üçüncü dəfə təşkil olunan "Grand Bellagio & GFC" beynəlxalq turnirində ümumilikdə 10 ölkədən 24 idmançı iştirak edib.
Məlumat üçün bildirək ki, Alim Nəbiyev əslən Telavi bələdiyyəsinin Qaracala kəndindəndir. O, keçmiş Dünya Muaytay Şurasının keçirdiyi turnirlər üzrə yüngül çəkidə dünya çempionudur.
Almaz Həsənli