Ermənistan Hindistanda istehsal olunan Rusiya Su-30 qırıcı təyyarələri almağı planlaşdırır

Ermənistan Hindistanda istehsal olunan Rusiya Su-30 qırıcı təyyarələri almağı planlaşdırır

10:09
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan Azərbaycanın almağı planlaşdırdığı JF-17C-lərə qarşı durmaq üçün əlavə Rusiya Su-30 qırıcı təyyarələri almağı düşünür. “Defense Express” xəbər verir ki, bunlar yerli istehsal olan Su-30MKI-nin yenilənmiş versiyası olan yeni Hindistan istehsalı təyyarələrdir.
“Indian Defense”-in məlumatına görə, müqavilə son mərhələdədir. 8-12 qırıcını əhatə edəcək müqavilənin dəyəri 2,5-3 milyard dollar olaraq qiymətləndirilir.
Nəşr izah edib ki, yenilənmiş Su-30MKI, Uttam hava radarından, müasir yerli istehsal olan radioelektron mübarizə sistemindən və müvafiq olaraq maksimum 110 və 160-200 km məsafəyə malik Astra MK-1 və MK-2 “hava-hava” raketlərindən daha çox Hindistan istehsalı sistemlərdən istifadə edir.
Qeyd olunur ki, lokalizasiyaya baxmayaraq, komponentlərin əhəmiyyətli bir hissəsi Rusiyadan tədarük ediləcək. Nəşr vurğulayıb ki, bu, Rusiya tərəfinin həm belə bir müqavilədən gəlir əldə edə biləcəyi, həm də öz müdafiə sənayesinin potensialını doldura biləcəyi deməkdir.
Nəşr həmçinin əlavə edib ki, tərəflər razılığa gələrsə, ilkin olaraq qırıcı təyyarələrin tədarükünün 2027-ci ildə başlaması və 2029-cu ildə başa çatması gözlənilir.
Almaz Həsənli