AB və Hindistan hərtərəfli ticarət sazişi barədə razılığa gəliblər
Avropa Birliyi və Hindistan ABŞ ilə ticarət gərginliyi fonunda iqtisadi əməkdaşlığı genişləndirməyə yönəlmiş hərtərəfli ticarət sazişi bağlamaq barədə razılığa gəliblər. Tərəflər çərşənbə axşamı, 27 yanvar tarixində -yə görə, Saziş ikitərəfli ticarətdə malların 96 faizindən çoxuna tariflərin aradan qaldırılmasını və ya azaldılmasını nəzərdə tutur. Bu barədə Deutsche Welle məlumat yayıb.
AB, Avropanın Hindistana ixracının 2032-ci ilə qədər ikiqat artacağını və şirkətlərin gömrük rüsumlarında ildə 4 milyard avroya qədər qənaət edəcəyi gözlənilir. Alman avtomobil istehsalçıları Volkswagen, Mercedes-Benz və BMW-nin bu sazişdən xüsusilə faydalanacağı gözlənilir. Hindistan avtomobillərə idxal tariflərini tədricən hazırkı 110 faizdən 10 faizə endirməyə razılaşıb.
Alkoqollu içkilər üçün də şərtlərin əhəmiyyətli dərəcədə yumşaldılması nəzərdə tutulur: şərab rüsumları dərhal 150 faizdən 75 faizə, daha sonra tədricən 20 faizə endiriləcək. Maşın və avadanlıqlar, elektronika, kimya məhsulları, dəmir və polad üçün tariflər də azaldılacaq.
"Avropa və Hindistan bu gün tarix yaradır", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. O, təxminən iki milyard insanı əhatə edən azad ticarət zonasının yaradıldığını qeyd edib.
Əziz Mustafa


















































































