Çempionlar Liqası: «Liverpul» - «Qarabağ»

Çempionlar Liqası: «Liverpul» - «Qarabağ»

10:27
Bəyəndim (1) Bəyənmədim (0)


Bu gün Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə gecə yarısı) Çempionlar Liqasının əsas mərhələsinin sonuncu 8-ci turu başlayacaq. Bütün 18 oyun eyni vaxtda start götürəcək.
Oxuməni.az xəbər verir ki, Qurban Qurbanovun komandası İngiltərənin «Liverpul» komandası ilə səfərdə qarşılaşacaq. Oyun «Enfild Roud» stadionunda keçiriləcək.
Matçı slovakiyalı hakimlər briqadası idarə edəcək, baş hakimi İvan Krujlyak olacaq. Ona Branis Slav Xanko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim isə Peter Kraloviçdir.
Qeyd edək ki, «Köhlən atlar» ümumi mərhələdə yeddi oyundan sonra 10 xal toplayaraq ümumi cədvəldə 18-ci yerdədirlər və bu, komandaya play-off mərhələsinə vəsiqə qazandırır.
Almaz Həsənli