Almaniya TYTAN dronlarının istehsalını artırır - Ukrayna artıq onlardan istifadə edir

Almaniya TYTAN dronlarının istehsalını artırır - Ukrayna artıq onlardan istifadə edir

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa müdafiə sənayesi ucuz və kütləvi istehsal olunan PUA-ların yaratdığı artan təhlükə fonunda eksperimentlərdən dron əleyhinə sistemlərin genişmiqyaslı istehsalına keçidi sürətləndirir. Bu barədə DEFENSE EXPRESS nəşri məlumat verib.

Alman müdafiə startapı TYTAN Technologies Bavariyada yeni istehsal müəssisəsinin açılışını və radar sistemlərinin hazırlanması ilə geniş tanınan HENSOLDT şirkəti ilə anlaşma memorandumunun imzalandığını elan etdi. Şirkət qeyd edir ki, hər iki addım eyni məqsədə yönəlib: Avropa dron əleyhinə imkanlarını sənaye məhsuluna çevirmək.
"Hər iki addım eyni missiyaya xidmət edir: Avropanın əks-dron imkanlarını sənaye reallığına çevirmək", TYTAN Technologies vurğulayır və əlavə edir ki, geniş yayılmış dron təhdidlərinə cavab da əlverişli və miqyaslı olmalıdır.

Əziz Mustafa