"Qarabağ"ın pley-offda rəqibi PSJ və ya "Nyukasl" olacaq
Məğlub olmasına baxmayaraq pley-off mərhələsinə yüksələn "Qarabağ"ın növbəti mərhələdəki rəqibi PSJ və ya "Nyukas" komandalarından biri olacaq. Növbəti mərhələyə yüksələn komandalarla bağlı püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək. Bu mərhələnin qaydlarına əsasən pley-offa rəqiblər iki dəfə, evdə və səfərdə görüşəcəklər. "Qarabağ" ilk oyununu 17 və ya 18 fevralda Bakıda keçirəcək. Cavab oyunları isə 24 və ya 25 fevralda baş tutacaq. Bu cütlüyün qalibi isə 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə oynamalı olacaq.
Xatırladaq ki, Çempionlar liqasının ilk 8 oyununda "Qarabağ" 10 xalla 22-ci yeri tutaraq pley-offa yüksəlib. Komandamız 3 oyunda qalıb gəlib, 4 oyunda məğlub olub, bir oyunda isə heç-heçə edib.
Çempionlar liqasında turun digər oyunları isə belə nəticələnib:
"Liverpul" - "Qarabağ" - 6:0;
"Mançester Siti" - "Qalatasaray" - 2:0;
"Ayaks" - "Olimpiakos" - 1:2;
"Arsenal" - "Kayrat" - 3:2;
"Atletik Bilbao" - "Sportinq" - 2:3;
"Atletiko Madrid" - "Bodo Glimt" - 1:2;
Bayer Leverkuzen - Vilyarreal - 3:0;
"Brügge" - "Marsel" - 3:0;
"Ayntraxt Frankfurt" - "Tottenhem" - 0:2;
Pafos - Slaviya Praqa - 4:1;
PSJ - Nyukasl Yunayted - 1:1;
PSV - "Bavariya" - 1:2;
Royal Union - Atalanta - 1:0.
Əziz MUSTAFA
















.jpg)
.jpg)
.jpg)







































































