"Ayntraxt" "Qarabağ"dan əvvəl baş məşqçi ilə yollarını ayırdığını elan etdi
Dino Toppmöller Frankfurt "Ayntraxt"ının baş məşqçi postunu tərk edib. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb, tərəflər son həftələrin nəticələrinin təhlilindən sonra əməkdaşlığa son qoyublar.
Almaniyalı mütəxəssis klubu 2023-2026-cı illərdə çalışdırıb. Toppmöllerin rəhbərliyi altında "qartallar" ötən mövsüm Bundesliqada bürünc medal qazanıb.
18 turdan sonra "Ayntraxt" 27 xalla Almaniya çempionatının turnir cədvəlində yeddinci yerdə qərarlaşıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ" və Almaniyanın "Ayntraxt" klubları arasındakı oyunu yanvarın 21-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Almaz Həsənli

.jpg)




































































.jpg)
.jpg)
.jpg)



















