Tramp hələ də İrana hərbi hücum ehtimalını nəzərə alır

Tramp hələ də İrana hərbi hücum ehtimalını nəzərə alır

10:25
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp İran əleyhinə hərbi əməliyyat ehtimalını istisna etmir.
Oxuməni.az xəbər verir ki, bu barədə “Axios” portalı Tramp administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
"Ağ Ev rəsmiləri bildirirlər ki, etirazlar (İrandakı. — red.) əsasən yatırılsa da, hücum hələ də bir variant kimi nəzərdən keçirilir", - deyə materialda qeyd olunur.
Daha əvvəl “Fox News” telekanalı, ABŞ-lı bir rəsmidən sitat gətirərək, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi ABŞ-ın təyyarədaşıyan zərbə qrupunun Hind okeanında Mərkəzi Komandanlığın cavabdehlik zonasına daxil olduğunu bildirmişdi.
Həmçinin qeyd olunurdu ki, USS Abraham Lincoln təyyarədaşıyan gəmisi mümkün hərbi kampaniyaya hazırlıq çərçivəsində Yaxın Şərqə gəlib.
Yanvarın 26-da İran Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi Yaxın Şərqdəki ABŞ hərbçilərinə sərt xəbərdarlıqla müraciət edib.
Almaz Həsənli