Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt" üzərində inamlı qələbə qazandı
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində keçirilən Almaniyanın "Ayntraxt" klubu ilə matçda "Qarabağ" FK inamlı qələbə qazanıb.
Görüş "Tofiq Bəhramov" stadionunda baş tutub. Matçın baş hakimi Sandro Şerer (Büttikon, İsveçrə) olub.
Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri "Ayntraxt"a qarşı oyunun sonlarında iki qol vuraraq (3:2) iradəli qələbə qazanıblar. İndi bizim komandamızın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək üçün yaxşı şansları var.
Dördüncü dəqiqədə Duran hesabı açıb və Azərbaycan komandasını önə keçirib. 11-ci dəqiqədə Can Uzun cavab qolu vurub. 78-ci dəqiqədə Fares Şaybi penaltini reallaşdıraraq alman komandasına üstünlük verib. 80-ci dəqiqədə Kamilo Duran dubl edib. Bəhlul Mustafazadə 90+4-cü dəqiqədə qələbə qolunu vurub.
Bu oyundan sonra "Qarabağ" 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 18-ci, "Ayntraxt" isə dörd xalla 33-cü pillədə qərarlaşıb.
Pley-off oyunları fevralın 17/18-i və 24/25-də keçiriləcək. Turnir cədvəlinin aşağı hissəsində (17-24-cü yerlər) yer alacaq komandalar, "Qarabağ"ın da böyük ehtimalla bu qrupa düşəcəyi nəzərə alınaraq, pley-offun ilk oyunlarını evdə keçirəcəklər.
Azərbaycan çempionu son turda səfərdə "Liverpul" ilə qarşılaşacaq. Matç yanvarın 28-dən 29-a keçən Bakı vaxtı ilə gecə baş tutacaq.
Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki "Puşkaş Arena" stadionunda keçiriləcək. Turnirin həlledici matçı 30 may 2026-cı ildə baş tutacaq.
Almaz Həsənli





.jpg)























.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)

























