TÜRKPA Nümayəndə Heyəti Manamada Asiya Parlament Assambleyasının Sessiyasında iştirak edir
Baş katib Ramil Həsənin rəhbərlik etdiyi Türk Dövlətlərinin Parlament Assambleyasının nümayəndə heyəti 24-28 yanvar 2026-cı il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyasında iştirak edir.
TÜRKPA-dan verilən məlumata görə, tədbir "Asiyada Mədəniyyətlərarası və Sivilizasiyalararası Dialoqun Gücləndirilməsində Asiya Parlamentlərinin Rolü: İmkanlar, Çətinliklər və Gələcək Yollar" mövzusu altında keçirilir və Asiya regionunda parlamentlərarası dialoqu və əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Plenar sessiyada 27 ölkədən təxminən 190 parlamentari və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. İştirakçılar arasında APA üzv dövlətlərinin parlamentlərinin spikerləri və vitse-spikerləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri var.
Ramil Həsən sessiyada çıxış edəcək. Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.
Əziz Mustafa


















































































