ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat təyyarəsi Murmansk yaxınlığında uçub
Flightradar24 məlumatlarına görə, bazar ertəsi günü Amerika P-8A Poseidon kəşfiyyat təyyarəsi Murmansk yaxınlığında uçub.
P-8A Poseidon təyyarəsi Moskva vaxtı ilə saat 14:50-də İslandiyanın Keflavik Beynəlxalq Hava Limanından havaya qalxıb və daha sonra Murmansk limanı yaxınlığında Barents dənizi üzərində neytral hava məkanında görülüb.
P-8A Poseidon mülki Boeing 737-800ERX təyyarəsinə əsaslanır və gəmi hərəkətlərini izləmək, sualtı qayıqları aşkarlamaq və onlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.
Rusiya dəfələrlə qərb sərhədləri yaxınlığında görünməmiş NATO fəaliyyəti barədə xəbərdarlıq edib. Kreml Moskvanın heç kimə təhlükə yaratmadığını, lakin maraqları üçün potensial təhlükəli olan hərəkətləri görməzdən gəlməyəcəyini bildirib.
Əziz MUSTAFA


















































































