Rusiya Suriyadakı hərbi bazalarından birini tərk etdi
Rusiya qoşunlarını keçmiş Kürd Muxtar Vilayətinin bir hissəsi olan Suriyanın şimal-şərqindəki Qamışlı Hava Limanından geri çəkib.
“Reuters”-in bazar ertəsi mənbələrə istinadən verdiyi məlumata görə, qoşunların və silahların geri çəkilməsi ötən həftə başlayıb. Bəzi qüvvələrin Suriyanın qərbindəki Rusiya Hmeymim Hava Bazasına köçməsi, digərlərinin isə Rusiyaya qayıtması gözlənilirdi.
Suriya təhlükəsizlik mənbəyi agentliyə bildirib ki, son iki gün ərzində hərbi texnika və ağır silahlar Qamışlıdan Hmeymim şəhərinə köçürülüb.
“Reuters” jurnalisti qeyd edib ki, 26 yanvarda Qamışlı Hava Limanında Rusiya bayraqları hələ də dalğalanır və uçuş-enmə zolağında Rusiya nişanları olan iki təyyarə park edilib.
Eyni zamanda, "Al-Monitor" müxbirinin Qamışlıdakı Rusiya bazasının ərazisində çəkilmiş olduğu iddia edilən videosunu yayımlayıb. Görüntülərdə qoşunların geri çəkilməsi zamanı hava limanında qoyulmuş əşyalar, eləcə də rabitə qülləsinin üzərində dalğalanan Rusiya bayraqları görünür.
Almaz Həsənli


















































































