Braziliyanın polis əməliyyatı ölkənin ən ölümcül hadisəsinə çevrilib
Braziliya tarixində narkotik kartelinə qarşı aparılan ən ölümcül polis əməliyyatı nəticəsində ən azı 132 nəfər ölüb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Rio-de-Janeyro sakinləri gecə ərzində toplanmış onlarla cəsədi küçələrə atdıqdan sonra rəsmilər bu rəqəmi 29 oktyabrda açıqlayıblar.
Şəhərin ictimai müdafiəçi ofisinin məlumatına görə, ölənlərin sayı 28 oktyabr çərşənbə axşamı günü açıqlanan rəqəmdən iki dəfə çoxdur. O vaxt dövlət orqanları, o cümlədən dörd polis əməkdaşı, ən azı 64 ölüm hadisəsi barədə məlumat vermişdi.
Rio-de-Janeyro qubernatoru Klaudio Kastro əməliyyat zamanı öldürülənlərin cinayətkar olduğuna əmindir, çünki atışmalar əsasən meşəlik ərazilərdə baş verib.
"Düşünmürəm ki, münaqişə günü kimsə meşədə gəzib", - deyə o, jurnalistlərə bildirib.
Kastronun sözlərinə görə, "yeganə əsl qurbanlar" polis əməkdaşları olub.
Rio ştatının hökuməti bildirib ki, əməliyyat tarixdə ən böyük əməliyyat olub və bir neçə favelada narkotik ticarətinə nəzarət edən Komando Vermelyo dəstəsini hədəf alıb.
Əziz Mustafa



















































































