"Amerika" qızıl unitazı 10 milyon dollara hərraca çıxarılacaq
The New York Times qəzetinin məlumatına görə, Sotheby's 18 noyabrda qızıl unitazı 10 milyon dollara hərraca çıxaracaq.
Məqalədə qeyd olunur ki, 2016-cı ildə italyan rəssam Maurizio Cattelan təxminən 100 kq ağırlığında "Amerika" adlı 18 karatlıq qızıl əşya yaradıb. Dünyada yalnız iki belə unitaz mövcuddur. 2017-ci ildə bu əşya şəxsi kolleksiya tərəfindən əldə edilib və onun "qardaşı" 2019-cu ildə İngiltərənin Oksfordşir şəhərindəki Blenheim Sarayından oğurlanıb.
"Mənim üçün Cattelan bizim nəslin ən böyük sənətkarlarından biridir və bu, onun ən ikonik əsərlərindən biridir", - Sotheby's-in vitse-prezidenti və müasir incəsənət şöbəsinin rəhbəri David Halperin qarşıdan gələn lot haqqında deyib.
Donald Trampın prezident kimi ilk müddəti ərzində Nyu-Yorkdakı Quqqenhaym Muzeyi Vinsent van Qoqun "Qarlı mənzərə" əsərini Ağ Evə icarəyə verməkdən imtina etmişdi. Əsərin prezidentin şəxsi otaqlarından birində quraşdırılması nəzərdə tutulmuşdu. Lakin muzey ABŞ administrasiyasının xahişini rədd etdi və əvəzinə başqa bir sənət əsəri - "Amerika" adlı qızıl unitaz təklif etdi.
Əziz Mustafa

























.jpg)
.jpg)
.jpg)























































