Rusiya Maldiv adaları  kimi tütün satışını qadağan edə bilərmi?

Rusiya Maldiv adaları  kimi tütün satışını qadağan edə bilərmi?

12:45
Bəyəndim (3) Bəyənmədim (0)


Rusiya Maldiv adaları kimi ölkədə tütün satışına tamamilə qadağa qoya bilər. Kremlin jurnalisti Aleksandr Yunaşev özünün Telegram kanalında xəbər verir ki, bu barədə Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri Sergey Leonov bildirib.
"Bəlkə də bir gün Rusiyada da oxşar tədbirlər tətbiq edəcəyik. Amma əvvəlcə belə bir qərar qəbul etmək üçün ictimai tələb və bu məsələdə konsensus olmalıdır", - deyə parlamentari bildirib.
Leonov xatırladıb ki, 2022-ci ildə Yeni Zelandiyada da tütün əleyhinə qanun layihəsi irəli sürülüb. Təklifdə 2009-cu il yanvarın 1-dən sonra doğulanlar üçün tütün satışına ömürlük qadağa qoyulması nəzərdə tutulsa da, qanun qəbul edilməyib.
Daha əvvəl Dövlət Dumasının Səhiyyə Komitəsi sədrinin birinci müavini Leonid Oqul Rusiyada bütün bir nəsil üçün siqaret çəkməyə qadağa qoyulmasını müdafiə edib. Oxşar tədbir əvvəllər Maldiv adalarında qəbul edilmiş və dünyada 2007-ci il yanvarın 1-dən sonra doğulan hər kəsə tütün məhsullarının satışını və istifadəsini qadağan edən ilk ölkə olub. Məhdudiyyətlər hətta turistlərə də şamil edilib.
Almaz Həsənli