Çində ilk XPeng uçan avtomobili konveyer xəttindən çıxdı
Çində XPeng-in əvvəllər AeroHT kimi tanınan uçan avtomobillərinin sınaq istehsalı başlayıb. Oxuməni.az-ın “Sinxua” Xəbər Agentliyinə istinadla məlumatına görə, uçan modullu yeni nəqliyyat vasitəsi “Land Aircraft Carrier” adlandırılıb.
İstehsalçı ilk nəqliyyat vasitəsinin artıq konveyer xəttindən çıxdığını açıqlayıb. Quançjounun Huanpu rayonunda yerləşən XPeng-in yeni zavodunun ildə 10.000-ə qədər uçan modul istehsal etmək gücünə malik olduğunu, lakin istehsalın əvvəlcə bunun yarısı qədər olacağını açıqlayıb.
“Land Aircraft Carrier”, arxa tərəfində uçan modulu olan altı təkərli elektrik mikroavtobusudur. Nəqliyyat vasitəsi altı pervaneli ilə təchiz olunub və mobil tətbiq vasitəsilə idarə olunur. Füzelyaj və pervanel bıçaqları davamlı və yüngül karbon lifindən hazırlanıb və nəqliyyat vasitəsinin özü uçan modul üçün doldurma stansiyası kimi xidmət edir.
Daha əvvəl, amerikalı sahibkar və SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask şirkətinin bu ilin sonuna qədər uçan avtomobil təqdim edə biləcəyinə işarə etmişdi. İş adamı Tesla şirkətinin yeni elektrik idman avtomobili olan Roadster-i buraxmağı planlaşdırdığını açıqladı. Avtomobil "dəli texnologiya" ilə təchiz olunacaq və güman ki, uçuş qabiliyyətinə malik olacaq. Mask yeni avtomobili "bütün Ceyms Bond avtomobillərinin birləşdiyindən daha heyrətamiz" adlandırdı, lakin uçuş texnologiyası ilə bağlı əlavə sualları cavablandırmadı.
 Almaz Həsənli
 
                            
                            
                            











    
    












































.jpg)
.jpg)
.jpg)























