Ronaldo yaxın zamanlarda futbol karyerasını başa vurmağa hazırlaşır

Ronaldo yaxın zamanlarda futbol karyerasını başa vurmağa hazırlaşır

10:36
Bəyəndim (3) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun futbolçusu Ronaldo jurnalist Piers Morqanın YouTube kanalına açıqlamasında yaxın zamanda futbol karyerasını başa vuracağını açıqlayıb.

"Tezliklə futbol karyerasını başa vuracağam. Düşünürəm ki, hazır olacağam. Bəli, bu mənim üçün çətindir və asan olmayacaq. Ağlayacağam? Bəli. Çox çətin olacaq, amma 25, 26, 27 yaşımdan bəri gələcəyimə hazırlaşıram", - deyə Ronaldo bildirib.

Keçən mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün yarışlarda 41 oyunda 35 qol vurub və dörd məhsuldar ötürmə edib. Bu mövsüm Səudiyyə Ərəbistanı klubu Səudiyyə Ərəbistanı Liqasının cədvəlinə yeddi oyundan 21 xalla başçılıq edir.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü və o, 2023-cü ilin yanvar ayından bəri "Əl-Nəsr" klubunun hücumçusudur. Ölkədə kişi və qadının evlənmədiyi təqdirdə eyni dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verildi və uşaqlarının anası ilə yaşamağa icazə verildi.

Əziz Mustafa