Husilər ABŞ və İsraillə əlaqəli casusların həbs olunduğunu elan etdilər

Husilər ABŞ və İsraillə əlaqəli casusların həbs olunduğunu elan etdilər

14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Husilər ABŞ və İsraillə əlaqəli casusların həbs olunduğunu elan etdilər.

Husilər ABŞ, İsrail və Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən casus şəbəkəsi üzvlərinin həbs olunduğunu elan etdilər.

Hərəkatın bəyanatına görə, əməliyyat "genişmiqyaslı təhlükəsizlik tədbirlərinin" bir hissəsi idi. Husilərin sözlərinə görə, saxlanılanlar Səudiyyə Ərəbistanında yerləşən CIA, Mossad və Səudiyyə kəşfiyyatının birgə qərargahının təlimatları əsasında hərəkət edirdilər.

Şəbəkə üzvləri hərəkatın hərbi obyektləri, o cümlədən raket və pilotsuz təyyarələrin buraxılış məntəqələri haqqında məlumat topladılar, həmçinin hökumət və hərbi rəsmilər üzərində müşahidə apardılar.

Əziz Mustafa