
ABŞ diplomatların ailə üzvlərinə Livan ərazisini tərk etməyi əmr edib
ABŞ Dövlət Departamenti diplomatların ailə üzvlərinə Livan ərazisini mümkün qədər tez tərk etməyi əmr edib. Bu barədə Dövlət Departamentinə istinadən Amerikanın CNN xəbər xidməti məlumat yayıb.
“Mövcud regional hadisələr fonunda biz ABŞ vətəndaşlarına ehtiyatlı olmağa davam etməyi xatırladırıq və onları təcili hadisələrlə bağlı xəbərləri izləməyə çağırırıq”, - xəbərdarlıqda deyilir.
Evakuasiya və təhlükəsizlik tədbirləri yalnız Livanla məhdudlaşmır:
İsraildə diplomatların ailə üzvləri dəniz yolu ilə təxliyə edilir və İranın hücumu riski yüksək olduğundan diplomatik heyətə sığınacaqlarını tərk etməmək əmri verilib.
İraqda İranın cavab zərbəsi endirəcəyi qorxusu fonunda səfirlik əməkdaşlarının sayı azaldılıb.
Səudiyyə Ərəbistanında ABŞ səfirliyi işçilərə vacib olmayan səyahətləri, xüsusən də hərbi obyektlərə məhdudlaşdırmağı tövsiyə edib.
Türkiyədə ABŞ diplomatlarına ölkənin cənub əyalətlərindəki Adanadakı konsulluq dairəsinə şəxsi səfərlərdən çəkinmək əmri verilib.
“ABŞ-ın xarici siyasəti ilə bağlı mənfi fikirlər Türkiyədə ABŞ və ya Qərbin maraqlarına qarşı hərəkətlərə səbəb ola bilər”, - sənəddə izah edilir.
Əziz Mustafa