
Ukrayna pilotsuz təyyarələri “Drujba” neft kəmərini yenidən sıradan çıxarıb
Rusiyanın Uneça şəhərində (Bryansk vilayəti) Ukraynadan buraxılan pilotsuz uçuş aparatları yenidən “Drujba” neft kəməri sisteminin bir hissəsi olan neft nasos stansiyasına hücum edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələrinin komandanı Robert Brovdin (Madyar) Telegram kanalında məlumat yayıb.
O qeyd edib ki, Uneça nasos stansiyası Pilotsuz Sistemlər Qüvvələrinin 14-cü alayının pilotsuz təyyarələri ilə atəşə tutulub.
"UNECHA NPS - cəhənnəmə getdi",- deyə o yazıb.
“Madyar” pilotsuz təyyarənin hücumundan sonra baş verən yanğının videosunu da yayıb.
Avqustun 18-nə keçən gecə Tambov vilayətində pilotsuz sistemlər Nikolskoye neft nasos stansiyasına hücum edib. Hücum yerində genişmiqyaslı yanğın baş verib.
Hücumdan sonra "Drujba" magistral neft kəməri neft nəqlini tamamilə dayandırıb.
Macarıstan hökuməti ölkənin guya Rusiya nefti olmadan fəaliyyət göstərə biləcəyini bildirib və Ukraynaya elektrik enerjisi satışını dayandırmaqla hədələyib.
Əziz MUSTAFA