Rusiya Rusiya Erməniləri İttifaqının rəhbərini dəyişdirməyi düşünür

Rusiya Rusiya Erməniləri İttifaqının rəhbərini dəyişdirməyi düşünür

15 Aprel 13:01
Bəyəndim (2) Bəyənmədim (0)


Rusiyanın siyasi və ictimai dairələri Rusiya Erməniləri İttifaqının ((REİ) prezidenti Ara Abramyanın mümkün əvəzedicisini müzakirə edirlər. Oxuməni.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, dəfələrlə yenidən seçilməsinə baxmayaraq, Rusiya hakimiyyəti onun fəaliyyətindən narazıdır və alternativ namizədləri nəzərdən keçirir. "Hraparak"ın məlumatına görə, mümkün namizədlər arasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan, "Avilon" şirkətinin sahibi Kamo Avaqumyan və kinorejissor Karen Şahnazarov var.
Abramyan REİ-ə 2000-ci ildə təsis edildiyi vaxtdan bəri rəhbərlik edir. 2003-cü ildə Dünya Erməniləri Konqresinin prezidenti seçilib və bir neçə dəfə yenidən seçilib.
O, həmçinin “Rusiya-Argentina”Sahibkarlar Şurasının və “Fransa-Rusiya” Dialoq Assosiasiyasının həmsədridir.
Almaz Həsənli