Fransa Ukraynanın hərbi hava qüvvələrini gücləndirməkdə davam edir
Rusiyaya münasibətdə sərt mövqe nümayiş etdirən Fransa Ukraynanın hərbi hava qüvvələrini gücləndirməkdə davam edir. Bu məqsədlə Paris Kiyevə özünün və hərbi müttəfiqlərinin sərəncamında olan və nisbətən köhnəlmiş hesab edilən "Mirage" qırıcılarını verməyə hazırlaşır. Bu barədə Makron administrasiyasının yaydığı məlumatda deyilir.
Bu niyyətini həyata keçirmək üçün Makron administrasiyası Yunanıstan hərbi hava qüvvələrinin istifadəsində olan "Mirage" qırıcı təyyarələrinin Ukraynaya verilməsi ilə bağlı qarşı tərəflə razılığa gəlməyi planlaşdırır. Yunanıstan da bu məsələdən öz xeyri üçün istifadə etmək niyyətindədir. Yunanıstan nisbətən köhnə hesab etdiyi "Mirage" qırıcı təyyarələrinin əvəzində Fransadan daha müasir və yüksək döyüş qabiliyyətinə malik "Rafale" qırıcıları almaq niyyətindədir.
Fransanın təklifi ilə Yunanıstan 43 "Mirage" qırıcısını Ukraynaya verəcək. Onlardan 24-ü daha müasir, 19-u isə köhnə modeldir. Ukrayna pilotları artıq "Mirage"ni idarə etmək üçün Fransada təlimlərdə iştirak ediblər.
Xatırladaq ki, Fransa 2026-cı ilin birinci rübündə hərbi yardım çərçivəsində Ukraynaya daha iki "Mirage" 2000 qırıcı təyyarəsi təhvil verəcəyini bildirilmişdi. Keçən il üç belə təyyarə Ukraynaya verilmişdi. "Mirage" qırıcıları köhnəlmiş olsa da Ukraynanın onlara daha çox ehtiyacı var. Kiyev "Mirage" qırıcıları ilə özünün hava müdafiəsinin təhlükəsizliyini nisbətən daha etibarlı təmin edəcəyinə ümid edir.
Əziz MUSTAFA
























.jpg)
.jpg)






.jpg)






















.jpg)




























