
Məhkəmə Müdafiə Nazirliyinin şikayətini təmin edib
Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin vətəndaş Əhmədova Gülbəniz Arif qızı adlı şəxsə qarşı verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.
Qeyd edək ki, Gülbəniz Əhmədova müharibə veteranı adının verilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Nazirlik həmin qərardan apellyasiya şikayəti verib.
Mediainfo.az
Digər xəbərlər