Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini təmin edə bilər

Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini təmin edə bilər

18 İyul 2023 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin baş katibi Antonio Quterreşə Qara Dəniz Taxıl Təşəbbüsü və ya onun ekvivalentinin işini üçtərəfli formatda davam etdirmək təklifi ilə rəsmi məktublar göndərib.

Oxuməni.az xəbər verir ki, Zelenski bu barədə televiziya çıxışında bildirib.

“Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər. Afrikanın sabitlik hüququ var. Asiyanın sabitlik hüququ var. Avropanın sabitlik hüququ var. Bu o deməkdir ki, biz hamımız təhlükəsizliyin, rus dəliliyindən qorunmağın qayğısına qalmalıyıq. Ukrayna ərzağı, demək olar ki, 400 milyon insanın əsas təhlükəsizliyidir”, - deyə Ukrayna prezidenti bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bildirmişdi ki, prezidentin tapşırığı ilə xarici işlər naziri Dmitri Kuleba BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Rusiyanın taxıl sazişindən çıxmasından sonra növbəti addımlar barədə tərəfdaşlarla təcili məsləhətləşmələr aparıb.

Əziz Mustafa, Oxuməni.az