Sergey Şoyqu Şimali Koreyadan hərbi yardım istəyəcək
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya tərəfinin dəvəti ilə iyulun 25-27-də Şimali Koreyaya səfər edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Ehtimal olunur ki, Şoyqunun Şimali Koreyada “1950-1953-cü illər Vətən Azadlıq Müharibəsində Koreya xalqının qələbəsinin 70-ci ildönümünə həsr olunmuş şənliklərdə” iştirak edəcək.
Səfər çərçivəsində Şoyqunun Şimali Koreya rəhbərliyinindəm hərbi texniki yardım istəyəcəyi vurğulanır.
"Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrinin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Əziz Baş Göynüklü
Digər xəbərlər