
Norveçin vəliəhdi ilk səfəri ilə Ukraynaya gəlib
Norveçin vəliəhd şahzadəsi Haakon ilk dəfə mayın 20-də Kiyevə gəlib. O, eyni zamanda, demək olar ki, 20 ildə Ukraynaya səfər edən Norveç kral ailəsinin ilk üzvüdür.
Bu barədə RBC-Ukrayna Norveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Norveç hökuməti bildirib ki, səfər Norveçin Ukrayna hökumətinə və xalqına güclü və davamlı dəstəyinin ifadəsidir. Qeyd olunur ki, vəliəhdi energetika naziri Terje Osland müşayiət edir.
Vəliəhd Ukraynaya səfəri zamanı Ukrayna hakimiyyətinin nümayəndələri və norveçli tərəfdaşlarla görüşəcək, həmçinin Nansen proqramı çərçivəsində dəstək almış layihələrə baş çəkəcək”, - deyə məlumatda bildirilir.
NRK-nın məlumatına görə, Haakon qatarla gəlib və “paytaxt xaricindəki stansiyada” enib. Səfərin ilk məqamı Moşçunda “Qələbə mələkləri” abidəsi olub. Vəliəhd onun ayaqları önünə əklil qoyub.
Haakon ukraynalılar haqqında deyib: “Biz onların möhkəmliyi və dözmək qabiliyyətinə çox heyran qaldıq.
Qeyd edək ki, bu, Norveç kral ailəsinin nümayəndəsinin Ukraynaya genişmiqyaslı müharibə zamanı və ümumilikdə 2008-ci ildən bəri ilk səfəridir. Həmin vaxt vəliəhd şahzadə Mette-Marit Kiyevə səfər edib.
Əziz Mustafa, Oxuməni.az