Tramp ABŞ qoşunlarını Əfqanıstana qaytarmaq istəyir

Tramp ABŞ qoşunlarını Əfqanıstana qaytarmaq istəyir

14:11
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ 2021-ci ildə tərk etdiyi Əfqanıstandakı Baqram Hava Bazasına qoşunlarını qaytarmağa çalışır.

Bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında deyib.

"Əfqanıstanı tərk edəcəkdik, lakin güc və ləyaqətlə ayrılacaqdıq. Dünyanın ən böyük hava bazalarından biri olan böyük hava bazası olan Baqramı saxlayacaqdıq. Biz bunu onlara əbəs yerə verdik", - Tramp deyib.

Eyni zamanda o qeyd edib ki, ABŞ hava bazasına nəzarəti bərpa etmək niyyətindədir.

"Yeri gəlmişkən, biz ora qayıtmağa çalışırıq. Bu, Çinin nüvə silahlarını istehsal etdiyi yerdən bir saatlıq məsafədədir", - ABŞ prezidenti əlavə edib.

Əziz Mustafa