Tramp administrasiyası NATO-nun Ukraynaya ilk iki yardım paketini təsdiqləyib

Tramp administrasiyası NATO-nun Ukraynaya ilk iki yardım paketini təsdiqləyib

12:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın administrasiyası NATO-nun Ukraynaya maliyyələşdirdiyi ilk iki hərbi yardım paketini təsdiqləyib. Onlar yaxın gələcəkdə göndərilə bilər. Bu barədə “Reuters” xəbər verir.

Qeyd olunur ki, bu, ABŞ və müttəfiqləri tərəfindən NATO fondlarından istifadə etməklə Ukraynanı ABŞ ehtiyatlarından silahlarla təmin etmək üçün işləyib hazırladığı yeni mexanizmdən ilk istifadədir.

ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Elbridge Colbinin sözlərinə görə, bu, PURL mexanizmi çərçivəsində 500 milyon dollar dəyərində iki silah tədarükünə aiddir.

PURL proqramı Ukraynaya sürətli silah tədarükünə yönəlmiş yeni ABŞ-NATO təşəbbüsüdür. Bu proqrama əsasən, Ukrayna NATO-ya verilən prioritet silah ehtiyaclarının siyahısını formalaşdırır. Tərəfdaş ölkələr daha sonra bu siyahıya uyğun gələn Amerika silahlarının alınmasını maliyyələşdirir.

Oxuməni.az