İsrail Qəzzada quru əməliyyatına başlayıb

İsrail Qəzzada quru əməliyyatına başlayıb

08:54
Bəyəndim (0) Bəyənmədim (0)


İsrail ordusu Fələstinin HƏMAS hərəkatının kökünü kəsmək üçün Qəzzada quru əməliyyatına başlayıb. Bu barədə "Axios" mənbələrə istinadən xəbər verir. Nəşrin mənbələrinin məlumatına görə, ABŞ administrasiyası İsraili dayandırmayıb. Ağ Evin bir şərti var: “bütün məsuliyyət Benyamin Netanyahunun üzərinə düşəcək”.

Hücum başlamazdan əvvəl İsrail hərbçiləri hava hücumlarını gücləndirib və şəhər sakinlərini cənuba, humanitar zonalara təxliyə etməyə çağırıb.

"Axios"un məlumatına görə, Baş Qərargah rəisi və Mossad liderləri də daxil olmaqla İsrail təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxsləri baş nazir Benyamin Netanyahuya əməliyyata başlamamağı tövsiyə ediblər.

Nəşr qeyd edir ki, əməliyyat başlamazdan bir neçə saat əvvəl ABŞ dövlət katibi Marko Rubio cənab Netanyahu ilə görüşüb və Donald Tramp administrasiyasının onun hərəkətlərinə dəstək verdiyini, lakin bunun tez bir zamanda həyata keçirilməsi şərti ilə bəyan edib.

Əziz MUSTAFA