
Ermənistan Müdafiə Nazirliyi məcburi hərbi xidmət müddətinin azaldılmasını təklif edir
Ermənistan Müdafiə Nazirliyi məcburi hərbi xidmət müddətinin 2 ildən 1,5 ilə endirilməsini təklif edir. Ermənistan KİV-i xəbər verir ki, layihə vahid hüquqi aktlar portalında dərc olunub.
2026-cı ilin yay layihəsindən başlayaraq dəyişikliklərin edilməsi təklif edilir.
“Qanunun qəbulu hökumətin 2021-2026-cı illər proqramı çərçivəsində icbari hərbi xidmətin azaldılması zərurəti ilə bağlıdır”, - deyə əsaslandırmada deyilir.
Nəzərdə tutulur ki, müqaviləli hərbi qulluqçuların sayının artırılması hesabına çağırışçıların sayı azaldılmalıdır.
Qanunun geriyə qüvvəsi olmayacaq. Qeyd edək ki, layihə hələ müzakirəyə çıxarılmayıb.
Almaz Həsənli
Digər xəbərlər