Vladimir Konkin faşist diktator Putinin zülmündən qaçan sənətkarları tənqid edib

Vladimir Konkin faşist diktator Putinin zülmündən qaçan sənətkarları tənqid edib

11:17
Bəyəndim (5) Bəyənmədim (0)

Rusiyanın tanınmış aktyoru Vladimir Konkin faşist diktator, uşaq qatili Vladimir Putinə dəstək verib. Bu barədə RBC Ukrayna xəbər verib. Diktator Putinin Ukraynadakı soyqırımlarına haqq qazandıran Konkin NEWS.ru-ya müsahibəsində cəlladın zülmünə dözməyərək Rusiyanı tərk edən həmkarlarını vətənə xəyanətda günahlandırıb.

"Onları heç nədən məhrum etməyə ehtiyac yoxdur, ya yox, onlar hər şeyə xəyanət ediblər. Bəs məhrum ediblərsə, bəs nə olacaq? Onlar ölkəmizi qaralamaqda davam edirlər", - aktyor qeyd edib.

Konkin Putini dəstəkləməklə Uraynada vəhşicəsinə soyqırımları həyata keçirən cəllad Putinlə bərabər günahkar olduğunu, insanlıq simasını itirdiyini bir daha təsdiq etmiş olub.

Faşistbaxışlı Vladimir Konkin daha çox “Polad necə qızardı”, “Aşiqlərin romantikası”, “Atı-batı”, “Əsgərlər gəzirdi...” və “Görüş yeri dəyişdirilə bilməz” filmləri ilə tanınır.

Əziz Mustafa