Mərkəzi Asiya ilə Çin arasında ticarət ilk dəfə 100 milyard dolları keçib
2025-ci ildə beş Mərkəzi Asiya ölkəsi ilə Çin arasında xarici ticarət tarixi maksimum həddə - 106,3 milyard dollara çatıb. Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ixrac və idxalın birgə həcmi illik müqayisədə 12% artaraq ardıcıl beşinci ildir ki, sabit artım nümayiş etdirir. Çin ilk dəfə olaraq Mərkəzi Asiya ölkələrinin ən böyük ticarət tərəfdaşı statusunu möhkəmləndirib.
Ticarət profisiti Çinin xeyrinə olaraq qalır. Çinin regiona ixracı 11% artaraq 71,2 milyard dollara çatıb. Bu ixracatın əsas hissəsini elektromexaniki və yüksək texnologiyalı məhsullar təşkil edir. Xüsusilə "yeni üçlük" adlanan məhsulların - elektrikli nəqliyyat vasitələri, litium batareyaları və günəş panellərinin güclənməsi qeyd olunur. Mərkəzi Asiya ölkələrindən Çinə idxal daha güclü temp nümayiş etdirərək 14% artaraq 35,1 milyard dollara çatıb. Qeyri-əmtəə mallarının çeşidi də genişləndi. Ən əhəmiyyətli artım kimya, metallurgiya və kənd təsərrüfatı sektorlarında qeydə alınıb.
Əziz MUSTAFA


































.jpg)
.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)


















.jpg)