Rusiya Suriyadakı üç hərbi bazasından biri - Qamışlı aerodromu itirilə bilər
Suriya hökuməti rus hərbçilərindən üç bazadan birini- ölkənin şimalında yerləşən Qamışlı aerodromunu tərk etmələrini xahiş edə bilər. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Kommersant" yazır.
Nəşrin suriyalı mənbəsinin məlumatına görə, bu məsələ ilə bağlı danışıqlar Qamışlı şəhərinin yerləşdiyi Həsəkə əyalətinin nəzarətinin kürd birləşmələrindən hökumətə keçməsindən sonra başlaya bilər.
"Mənə elə gəlir ki, rusları Qamışlıdan tamamilə getməyə məcbur edəcəklər. Onların orada artıq işi yoxdur", - deyə "Kommersant"ın həmsöhbəti əlavə məlumat vermədən bildirib.
Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının eksperti Anton Mardasov da rus hərbçilərinin Qamışlıdan çıxacağını proqnozlaşdırır. Onun fikrincə, regional rəqabətin kəskinləşməsi və Suriya hökumətinin kürd birləşmələrinə təzyiqi fonunda "Moskva vasitəçi mövqeyini tuta bilməyəcək". "Ona görə də, rus qoşunlarının orada mövcudluğunun tamamilə dayandırılması məntiqlidir", - deyə Mardasov bildirib.
"Kommersant" xatırladır ki, Rusiya Qamışlı aerodromundan 2019-cu ildə istifadə etməyə başlayıb. Rus hərbçiləri Suriyada hakimiyyət dəyişikliyindən sonra da orada qalıblar və hətta suriyalı KİV-in məlumatına görə, 2025-ci ilin yayında mövcudluqlarını artırıblar. Lakin yanvar ayında Syria TV telekanalı peyk məlumatlarına istinadən, naməlum səbəbdən Qamışlı aerodromundan rus texnikasının qismən çıxarıldığını bildirib.
Qamışlı aerodromundan başqa, Rusiyanın Suriyadakı qoşunlarının Latakiya əyalətindəki Xmeymim aviabazası və Tartusda Hərbi-Dəniz Donanmasının maddi-texniki təchizat məntəqəsi də var.
Almaz Həsənli

























.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)



















.jpg)