ABŞ Kubanın hökumətini devirmək niyyətindədir
ABŞ prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin sonuna qədər Havanadakı hakimiyyəti devirmək üçün Kubanın hökumətində adamlar axtarır. Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib.
Dərcdə qeyd olunur ki, bu proses Venesuela prezidenti Nikolas Maduronun devrilməsindən ruhlandıqdan sonra başlayıb.
Qəzetin mənbələri iddia edir ki, ABŞ prezidentinin administrasiyası Kubanın iqtisadiyyatını "kрах həddində" qiymətləndirir və Maduro kimi həyati əhəmiyyətli bir müttəfiqini itirdikdən sonra ölkə hökuməti heç vaxt "bu qədər zəif" olmayıb.
Vaşinqton həmçinin rejimi zəiflətmək məqsədilə Kubaya iqtisadi təzyiq göstərmək variantını da nəzərdən keçirir. Bu, Venesueladan neft idxalının dayandırılması, həmçinin Kuba tibb məhsullarının ixracının bloklanması ilə həyata keçirilə bilər.
WSJ eyni zamanda qeyd edir ki, Kuba hökumətinin devrilməsi "Trampın Venesuelada qaçınmağa çalışdığı türbülans və humanitar böhrana səbəb ola bilər".
Almaz Həsənli


















.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)


























.jpg)