Qrenlandiya satılmır və Danimarkanın bir hissəsi olaraq qalacaq
Qrenlandiya ABŞ-a satılmayacaq və onun statusu məsələsi yalnız Danimarka Krallığının səlahiyyətindədir. Bu fikri Hollandiyanın Baş naziri vəzifəsini icra edən Dik Şof ABŞ-ın adadakı marağı ilə bağlı müzakirələri şərh edərkən bildirib.
"Bildiyim qədəri ilə Qrenlandiya satılmır. Bu, Danimarka Krallığına aiddir və mən həmişə başa düşmüşəm ki, o, belə bir addım atmaq niyyətində deyil", Şof RTL televiziyasında bildirib. O, həmçinin vurğulayıb ki, Hollandiya Kopenhagenin mövqeyini tam dəstəkləyir.
Yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra Qrenlandiyanı Danimarkaya qaytarmaqda "çox axmaqcasına" hərəkət edib və ölkəsi genişmiqyaslı "Qızıl Günbəz" raketdən müdafiə sisteminin yerləşdirilməsi üçün Qrenlandiyanın Danimarkaya verilməsini istəmək niyyətindədir.
Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, adanın müdafiəsi ilə bağlı müqavilə imzalayıblar. Bu müqaviləyə əsasən, ABŞ Qrenlandiyanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
Əziz MUSTAFA

















.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)



























.jpg)