Putin oktyabrın 9-da Tacikistana səfər edəcək

Putin oktyabrın 9-da Tacikistana səfər edəcək

12:28
Bəyəndim (4) Bəyənmədim (0)

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Tacikistana səfər edəcək.Bu barədə RİA Novosti məlumat yayıb.

Tacikistan səfirliyində respublikanın Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çıxışı zamanı Pankin deyib: “Ölkələrimizin prezidentləri ikitərəfli əməkdaşlığın tonunu müəyyən etdilər və şəxsi nümunəsi ilə bugünkü çətin dünyada dostluğun necə qorunub saxlana biləcəyini və qorunub saxlanmalı olduğunu nümayiş etdirdilər”.

Diplomat həmçinin əmin olduğunu bildirib ki, Putinin dövlət səfəri Rusiya və Tacikistan arasında çoxtərəfli münasibətlərin inkişafına yeni güclü təkan verəcək, həmçinin iki ölkəyə ikitərəfli əlaqələrin inkişafı üçün yeni vektorlar tapmağa imkan verəcək.

Əziz Mustafa